Kanadada istidən ölənlərin sayı 800ü keçib


Dünya 18 İyl 2021 11:29:00 144 0

Kanadada istidən ölənlərin sayı 800ü keçib

Kanadanın Britaniya Kolumbiyası əyalətində anormal istilər nəticəsində 800-dən çox insan həyatını itirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, CTV telekanalı bu barədə əyalətin məhkəmə tibb xidmətinə istinadən xəbər verib.

Məlumata görə, 25 iyun - 1 iyul tarixləri arasında havanın temperaturu 40 dərəcəni keçib və bunun nəticəsində əyalətdə 808 nəfər anomal havanın qurbanı olub.

Ən çox ölüm sayı(300 nəfər) 29 iyun tarixinə təsadüf edib. Ölüm halı əsasən təqaüdçülər arasında qeydə alınıb.