Şarl Mişel “Azərkosmos”un idarəetmə mərkəzində olub


Siyasət 18 İyl 2021 11:06:42 70 0

Şarl Mişel “Azərkosmos”un idarəetmə mərkəzində olub

Ölkəmizə işgüzar səfərə gələn Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Şarl Mişel burada nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşüb. Nazir Rəşad Nəbiyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir müxtəlif sahələrdə, eləcə də nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycanda kosmik sahənin inkişafından bəhs edən Rəşad Nəbiyev qeyd edib ki, "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peyklərinin Fransanın "Arianespace" şirkəti tərəfindən orbitə buraxılması ölkəmizin avropalı tərəfdaşlarla əməkdaşlığa önəm verdiyinin bariz nümunəsidir. Nazir əlavə edib ki, "Azersky" - Yerin məsafədən müşahidəsi peyki 2014-cü ildə "Airbus Defence and Space" şirkətindən alınıb.

Rəşad Nəbiyev Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin "Azərkosmos" ilə Avropa Geostasionar Naviqasiya Xidməti (EGNOS) arasında əlaqələrin genişləndirilməsindəki səylərini yüksək qiymətləndirib. Qeyd edib ki, bu layihə ölkəmizin aviasiya, dənizçilik, nəqliyyat yolları, kənd təsərrüfatı, xəritəçəkmə, naviqasiya sahələrinə müsbət təsir göstərəcək.

Diqqətə çatdırılıb ki, 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu beynəlxalq tədbir barədə məlumat verən Rəşad Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli həmin konqresdə iştirak etməyə dəvət edib.

Görüş çərçivəsində ölkəmizdə kosmik sahənin yaradılması və inkişafı, "Azərkosmos"un fəaliyyəti ilə bağlı təqdimat nümayiş olunub. "Azərkosmos"un missiyasının dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həlləri təqdim etmək olduğu, yerli və qlobal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər və həllər üzərində işlərin aparıldığı diqqətə çatdırılıb.

Nazir deyib ki, Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsi istiqamətində işlər davam edir.

Sonda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Geostasionar Naviqasiya Xidmətinə məxsus antenlərin yerləşdirildiyi teleport stansiyası ilə tanış olub.

Fransa Ermənistanı yeni müharibəyə sürükləyir like
  • 18 İyl 11:05  
Siyasət Fransa Ermənistanı yeni müharibəyə sürükləyir

"Bəzi məlumatlara görə Fransa və Ermənistan diplomatları Dağlıq Qa

arrow Ətraflı
Fransada etiraz aksiyaları  114 min sakin qoşuldu like
  • 18 İyl 10:59  
Dünya Fransada etiraz aksiyaları 114 min sakin qoşuldu

Fransada 114 min sakin koronavirus pandemiyası zamanı kafe və restoranlarına

arrow Ətraflı
Panamada da güclü zəlzələ olub like
  • 18 İyl 10:53  
Digərləri Panamada da güclü zəlzələ olub

Panamanın cənubunda güclü zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Qurbanlıq heyvanların satışı və kəsimi like
  • 18 İyl 10:47  
Digərləri Qurbanlıq heyvanların satışı və kəsimi

2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində q

arrow Ətraflı
Röya Ayxan: “Hər kəsə pulsuz olar, özümüzdən başqa” like
  • 18 İyl 10:41  
Şou-biznes Röya Ayxan: “Hər kəsə pulsuz olar, özümüzdən başqa”

Xalq artisti Röya Ayxan yeni paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
“Aquapark”da sudan zəhərlənmə  Kimyəvi maddə hovuza sızıb like
  • 18 İyl 10:35  
Dünya “Aquapark”da sudan zəhərlənmə Kimyəvi maddə hovuza sızıb

ABŞ-ın Texas ştatının Huyuston şəhəri yaxınlığında yerləşən "

arrow Ətraflı
Şarl Mişel: Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz Aİnin marağındadır like
  • 18 İyl 10:31  
Siyasət Şarl Mişel: Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz Aİnin marağındadır

Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz Avropa İttfaqının (A

arrow Ətraflı
"O mikrofonu alıb sənə..."  Acunla bağlı suala əsəbləşdi like
  • 18 İyl 10:11  
Şou-biznes "O mikrofonu alıb sənə..." Acunla bağlı suala əsəbləşdi

"TV8"də yayımlanan proqramda sosial media fenomeni Kerimcan Durmaza

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların sayı 190 milyonu ötüb like
  • 18 İyl 10:05  
Dünya Dünyada koronavirusa yoluxanların sayı 190 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

arrow Ətraflı
Braziliyada koronavirusdan ölənlərin sayı 541 mini keçib like
  • 18 İyl 09:53  
Dünya Braziliyada koronavirusdan ölənlərin sayı 541 mini keçib

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 34 339 nə

arrow Ətraflı
Bakıda ər arvadını bıçaqladı like
  • 18 İyl 09:47  
Digərləri Bakıda ər arvadını bıçaqladı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Şarl Mişel Şəhidlər xiyabanını ziyarət edib  FOTO like
  • 18 İyl 09:43  
Siyasət Şarl Mişel Şəhidlər xiyabanını ziyarət edib FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin başçılıq etdiyi nü

arrow Ətraflı
Bu ölkədə 200dən çox aviareys ləğv edildi like
  • 18 İyl 09:41  
Dünya Bu ölkədə 200dən çox aviareys ləğv edildi

Portuqaliyada hava limanları işçilərinin tətili son sutkada 200-dən çox u

arrow Ətraflı