Fransada etiraz aksiyaları 114 min sakin qoşuldu


Dünya 18 İyl 2021 10:59:00 143 0

Fransada etiraz aksiyaları  114 min sakin qoşuldu

Fransada 114 min sakin koronavirus pandemiyası zamanı kafe və restoranlarına keçmək üçün nəzərdə tutulan məcburi sanitar buraxılış vərəqələrinin tətbiqinə qarşı etiraz aksiyalarına çıxıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilir ki, yeni qaydalarla bağlı mitinqlər Paris, Nant, Strasburq, Perpinyan, Bordo, Nitsa, Tuluza və digər şəhərlərdə baş tutub.

Xatırladaq ki, respublikada avqust ayından başlayaraq bar, restoran və ticarət mərkəzlərinə keçmək üçün sanitar buraxılış vərəqələri tələb olunacaq. Təyyarə və uzaq məsafə qatarlarına yalnız koronavirusa qarşı peyvəndlənən və testinin mənfi nəticəsini göstərən sənəd təqdim edənlər buraxılacaq.