“Aquapark”da sudan zəhərlənmə Kimyəvi maddə hovuza sızıb


Dünya 18 İyl 2021 10:35:00 208 0

“Aquapark”da sudan zəhərlənmə  Kimyəvi maddə hovuza sızıb

ABŞ-ın Texas ştatının Huyuston şəhəri yaxınlığında yerləşən "Aquapark"da kimyəvi maddənin sızması nəticəsində azı 34 nəfər zəhərlənib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Harris dairəsində baş verib.

Hadisənin tam təfərrüatı açıqlanmasa da, istirahətə gələn sakinlərə "dəridə və ya tənəffüs orqanlarında yüngül qıcıqlanma" diaqnozu qoyulub.

Xəsarət alanlara dərhal ilkin tibbi yardım göstərilib. Ehtiyat tədbiri olaraq "Aquapark" günün sonuna qədər bağlanıb.