"O mikrofonu alıb sənə..." Acunla bağlı suala əsəbləşdi


Şou-biznes 18 İyl 2021 10:11:00 150 0

"O mikrofonu alıb sənə..."  Acunla bağlı suala əsəbləşdi

"TV8"də yayımlanan proqramda sosial media fenomeni Kerimcan Durmaza mükafat təqdim olunmasının ardından aktyor Erkan Petekkaya kanalın sahibi Acun Ilıcalını tənqid edib. Bu barədə sosial media hesabında yazan aktyor daha sonra paylaşımı silib.

Son.az axşam.az-a istinadən bildirir ki, "Şafak vakti" filminin qalasında jurnalistlərdən biri Erkan Petekkaya Acun Ilıcalını tənqid etməsi ilə bağlı sualla müraciət edib. Bu zaman əsəblərinə hakim ola bilməyən aktyor müxbiri təhqir edib.

"O mikrofonu alıb sənə nə edərəm bilirsən" deyə, Erkan müxbiri hədələyib.

Qeyd edək ki, Erkan Petekkaya sonuncu dəfə "TV8" telekanalında yayımlanan "Kırmızı oda" serialında Sadi obrazını canlandırıb.