Rusiyada qatar qəzası Ölənlər və yaralananlar var


Dünya 18 İyl 2021 09:23:00 99 0

Rusiyada qatar qəzası  Ölənlər və yaralananlar var

Rusiyanın Amur bölgəsində iki qatarın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb, onlardan 2-nin yeri hələlik müəyyən edilməyib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, xəsarət alanlar həkim nəzarəti altındadırlar: "İlkin məlumata görə, qatarın toqquşması nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Hazırda yaralılar "Verxni Ulak" stansiyasında həkim nəzarəti altındadır. Daha iki kişinin yeri məlum deyil. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirir".

Xatırladaq ki, hadisə ötən gün "Verxni Ulak" stansiyasından 51 km məsafədə baş verib. Daha əvvəl iki ölü və iki yaralı haqqında məlumat verilmişdi. İlkin versiyaya görə, hadisəyə səbəb maşinistlərdən birinin ürəktutması olub.