“Taliban”la Əfqanıstan Dohada danışıqlara başlayır


Dünya 17 İyl 2021 17:36:00 186 0

“Taliban”la Əfqanıstan Dohada danışıqlara başlayır

Əfqanıstan hökumətini təmsil edən nümayəndə heyəti və "Taliban" hərəkatının nümayəndə heyəti arasında görüş keçiriləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş bu gün Doha şəhərində baş tutacaq.

Məlumata əsasən, tərəflər görüş zamanı keçid hökumətinin yaradılması, əsirlərin mübadiləsi və atəşin dayandırılması kimi məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Əfqanıstandaxili danışıqlar keçən ilin sentyabr ayında Qətərdə başlayıb. Lakin tərəflər hökumət qüvvələri və "Taliban" hərəkatı arasında atəşin dayandırılması kimi vacib məsələlər barədə razılığa gələ bilmirlər.