Üç mindən çox abituriyent imtahanlara gəlməyib


Digərləri 17 İyl 2021 16:21:00 140 0

Üç mindən çox abituriyent imtahanlara gəlməyib

Dövlət İmtahan Mərkəzi (DİM) 1-2 iyul 2021-ci il tarixlərində keçirilən imtahanlarda iştirak etməyən abituriyentlərin sayını açıqlayıb.

DİM-dən Son.az-a bildirilib ki, bu imtahanlarında iştirakı nəzərdə tutulan 22 679 nəfərdən 3 437 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Qeyd edək ki, 1-2 iyul 2021-ci il tarixlərində aşağıdakı imtahanlar keçirilib:

1. əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;