Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


Digərləri 17 İyl 2021 16:41:00 148 0

Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39986 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22556 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4323487, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2566320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1757167 təşkil edir.