Məşğulluq proqramları elektronlaşdırılıb


Digərləri 17 İyl 2021 16:12:00 116 0

Məşğulluq proqramları elektronlaşdırılıb

Məşğulluq proqramları elektronlaşdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Real TV-yə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, son 6 ayda məşğulluq sahəsində 110 mindən çox insana xidmət göstərilib. Bu dinamika ilin sonuna qədər davam etdiriləcək: "Məşğulluq təkcə işlə təminetmə, özünüməşğulluq deyil. Həm də peşə tədrisinin aparılmasıdır. Bu istiqamətdə işlərimizi gücləndirmişik. Özəl sektorla birgə maliyyələşdirmə proqramını icra etməyə başlamışıq. Hansı özəl şirkət həssas qrupdan olan şəxsləri işə cəlb edirsə, onların əməkhaqqısının 50 faizinə qədərini ödəməyə başlayırıq. İşsizlikdən sığorta mexanizmini genişləndirmişik".

Nazir, həmçinin bildirib ki, məşğulluq proqramları elektronlaşdırılıb: "İlin sonuna qədər əmək və məşğulluq altsistemini istifadəyə buraxmaq istəyirik. Bu sahədə çox ciddi dəyişiklik olacaq. Əmək kitabçalarına, əmək münasibətlərinin kağız üzərində rəsmiləşdirilməsinə ehtiyac qalmayacaq. Bütün işlər bu sistem üzərindən həyata keçiriləcək. Əmək yarmarkaları genişləndirilir. Ümumilikdə, hədəf ondan ibarətdir ki, məşğulluq proqramları hər il ən azı 200 min insanı əhatə etsin".