Oğlu müharibədə ölən erməni jurnalist saxlanıldı


Dünya 17 İyl 2021 15:48:00 117 0

Oğlu müharibədə ölən erməni jurnalist saxlanıldı

Ermənistan polisi oğlu müharibə zamanı ölən jurnalist Qeqam Nazaryanı saxlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Ermənistan" seçki blokunun üzvü Narek Mantaşyan açıqlayıb.

Onun sözlərinə görə, polis onu bilərəkdən yerə yatırıb, daha sonra isə saxlayaraq bölməyə aparıb. Hadisə paytaxt İrəvanın mərkəzində "Respublika" meydanının yaxınlığında baş verib.

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin başa çatması ilə ölkədə həbslər başlayıb. Qacaran icmasının rəhbəri Manvel Paramazyan, Mehri şəhərinin keçmiş meri Mxitar Zakaryan, Vorotan və Qacaran administrasiyalarının rəhbərləri Süren Oqancanyan və Lüsine Avetyan, Qoris şəhərinin Mədəniyyət Mərkəzinin direktoru Ayk Xaçatryan həbs olunub. Bununla yanaşı, Sisian icmasının rəhbəri Artur Sarkisyan da saxlanılıb. Bütün bu şəxslər ölkənin keçmiş Prezidentinin rəhbərlik etdiyi müxalif "Ermənistan" seçki blokunu dəstəkləyirdilər.