Xalq artisti Mirzə Babayevin anadan olmasından 108 il ötür


Kriminal 16 İyl 2021 20:30:00 76 0

Xalq artisti Mirzə Babayevin anadan olmasından 108 il ötür

Bu xəbəri də oxu: Səməd Səmədov vəfat etdi

Onu hamı sevirdi. Şövqlə ifa etdiyi "Liman", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada", "Kimlər gəldi, kimlər getdi", "Kəpənək", "Zəfəran", "Çay" və yüzlərlə belə mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Xalq artisti, "Şöhrət" ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 108 il ötür.

Hər dəfə M.Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu - ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər belə dinləyicinin bütün varlığına hopur.

Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı.

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. O, 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun Memarlıq fakültəsində oxuyub. Böyük Vətən müharibəsini başlanması onun gələcək həyatını büsbütün dəyişdi, cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə Konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazandı.

Müğənni 30-dan artıq filmdə rol alıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb.

Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. "Kölgələr sürünür", "Qaraca qız", "Sən niyə susursan", "Dəli Kür", "Dərviş Parisi partladır", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. "O olmasın, bu olsun" filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud "Onu bağışlamaq olarmı?" filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir.

Ensiklopedik biliyə malik olan Mirzə Babayevin fəaliyyətində, şübhəsiz, əsas yeri müğənnilik tutur. Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.

Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib.

Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub.

İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək.

Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır like
  • 16 İyl 20:24  
Digərləri Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır

2021-ci il iyunun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalı

arrow Ətraflı
Şəhid övladı arzusuna çatdı like
  • 16 İyl 20:18  
Digərləri Şəhid övladı arzusuna çatdı

Bu gün Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən daha bir şəhid övlad

arrow Ətraflı
3 ildir sevgili olduğu şəxs evli imiş like
  • 16 İyl 20:12  
Digərləri 3 ildir sevgili olduğu şəxs evli imiş

Aktrisa Melis Sabahın üç ildir eşq yaşadığı şəxsin evli olduğu ortaya

arrow Ətraflı
Qaribaşvilinin evinin qarşısında aksiya keçirildi like
  • 16 İyl 20:06  
Dünya Qaribaşvilinin evinin qarşısında aksiya keçirildi

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının fəalla

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 16 İyl 20:00  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Xırdalanda reyd: Avtobus və taksilərdə maskasız şəxslər cərimələndi like
  • 16 İyl 19:48  
Digərləri Xırdalanda reyd: Avtobus və taksilərdə maskasız şəxslər cərimələndi

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlar

arrow Ətraflı
Mətanətlə eksgəlini arasında növbəti qalmaqal: like
  • 16 İyl 19:42  
Şou-biznes Mətanətlə eksgəlini arasında növbəti qalmaqal:

Əməkdar artist Mətanət İsgəndərli ilə eks gəlini Canana arasındakı qa

arrow Ətraflı
Ərini öldürdü, doğradı... like
  • 16 İyl 19:36  
Digərləri Ərini öldürdü, doğradı...

Nijni Novqorod vilayətində çoxsaylı bıçaq xəsarətləri alan ərlə arvad

arrow Ətraflı
Azərbaycan ŞimalCənub nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir like
  • 16 İyl 19:33  
Siyasət Azərbaycan ŞimalCənub nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir

Azərbaycan Cənubi Asiya ölkələri üçün MDB və Şərqi Avropa bazarların

arrow Ətraflı
Gəlincik salatının resepti like
  • 16 İyl 19:30  
Digərləri Gəlincik salatının resepti

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Bloqer canlı yayım zamanı həbs olundu like
  • 16 İyl 19:18  
Dünya Bloqer canlı yayım zamanı həbs olundu

Dina Stars" kimi tanınan məşhur kubalı "YouTube" bloqeri Dina

arrow Ətraflı
Natəvanla boşanan məşhur reperdən qalmaqallı açıqlama: like
  • 16 İyl 19:12  
Şou-biznes Natəvanla boşanan məşhur reperdən qalmaqallı açıqlama:

"Əsl sevgini nəinki özümdə, heç ətrafımda da görmürəm. Dostluq g

arrow Ətraflı
Əsas məsələ Cənubi Qafqazın dayanıqlı gələcəyinin qurulması üçün şərtlər yaratmaqdır like
  • 16 İyl 19:10  
Dünya Əsas məsələ Cənubi Qafqazın dayanıqlı gələcəyinin qurulması üçün şərtlər yaratmaqdır

Əsas məsələ Cənubi Qafqazın dayanıqlı siyasi və iqtisadi gələcəyinin

arrow Ətraflı