Qaribaşvilinin evinin qarşısında aksiya keçirildi


Dünya 16 İyl 2021 20:06:00 148 0

Qaribaşvilinin evinin qarşısında aksiya keçirildi

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının fəalları Baş nazir İrakli Qaribaşvilinin evinin qarşısında aksiya keçiriblər.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar baş nazirin istefasını tələb edirlər. Hadisə yerinə cəlb olunan polis asfalta və divarlara yazı yazmaq istəyənlərə mane olub.

Qaribaşvilinin evinin mühafizəsi gücləndirilib.

Son.az