Bloqer canlı yayım zamanı həbs olundu


Dünya 16 İyl 2021 19:18:00 156 0

Bloqer canlı yayım zamanı həbs olundu

Dina Stars" kimi tanınan məşhur kubalı "YouTube" bloqeri Dina Fernandez canlı yayım zamanı saxlanılıb.

Son.az oxu.az-a istinadən bildirir ki,  Fernandez müğənni Yotuel ilə birlikdə Kubada hökumət əleyhinə etirazlarla bağlı İspaniyanın "Kanal 4" televiziyasına müsahibə verərkən hüquq mühafizəçiləri onun evinə daxil olublar.

"Dövlətin təhlükəsizlik qüvvələri buradadır. Mən getməliyəm", - deyən bloqer reportajını yarımçıq qoyur. Onun dostu kamera və mikrofonu açıq qoyaraq kompüteri başqa otağa aparır. Bir neçə dəqiqə sonra bloqer geri qayıdaraq polisin onu aparmağa gəldiyini deyir.

Həbs anı videoya çəkilməsə də, nəşrin məlumatına görə, qıza qarşı güc tətbiq edilib.

Sonradan azadlığa çıxan bloqer sosial şəbəkə hesabında özü barədə məlumat verib.