Rusiyada ötən gün koronavirusdan 800ə yaxın şəxs ölüb


Dünya 16 İyl 2021 19:06:00 123 0

Rusiyada ötən gün koronavirusdan 800ə yaxın şəxs ölüb

Rusiyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Ötən gün ölkə ərazisində pandemiyanın əvvəlindən ən yüksək göstərici qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 25 704 nəfər koronavirusa yoluxub.

Bu günədək koronavirusa yoluxanların sayı 5,9 milyon nəfəri ötüb.

Eyni zamanda, ötən gün Rusiyada 799 nəfər koronavirusdan ölüb.