DOST Mərkəzləri 2025ci ilə qədər bütün ölkəni əhatə edəcək


Digərləri 16 İyl 2021 14:47:00 169 0

DOST Mərkəzləri 2025ci ilə qədər bütün ölkəni əhatə edəcək

Ölkə ərzisində 17 regional DOST Mərkəzi və 47 filialın açılması nəzərdə tutulur.

Son.az xəbər verir ki, bunu DOST Agentliyinin idarə heyətinin sədr müavini Seymur Alıyev deyib. O bildirib ki, DOST Mərkəzlərinin 2025-ci ilə qədər bütün ölkəni əhatə etməsi planlaşdırılır:

"İşğaldan azad olunmuş ərazilərdə, həmçinin ölkə başçısının tapşırığına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da belə mərkəzin yaradılması istiqamətində işlər aparılır. Bu regional mərkəz Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kömək məqsədilə açılacaq".