Döyülən fəhlə “Problem”ə danışdı


Digərləri 16 İyl 2021 15:04:00 186 0

Döyülən fəhlə “Problem”ə danışdı

Tikinti şirkəti fəhlənin iddialarına cavab verdi

Son.az Real TV-ə istinadən bildirir ki, bununla da 56 yaşlı Şəki rayonu Qırxbulaq kənd sakini Sakit Abdullayev Bakıya günə 20 manata fəhləlik etməyə üz tutur. Amma Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində aparılan tikintidə çalışan fəhlənin iş həyatı cəmi bir neçə gün çəkir. Sakit Abdullayev deyir ki, adı kimi sakit təbiətli olmasına baxmayaraq iş vaxtı digər fəhlə onu səbəbsiz yerə təhqir edib, möhkəm vurub və onlar arasında əsl dava yaşanıb.

Bundan əlavə Sakit Abdullayev onu da iddia edir ki, fəhləlik etdiyi zaman o tikinti işlərinin düzgün aparılmadığının və gələcəkdə insanların həyatı üçün təhlükə yarada biləcəyinin şahidi olub. Hətta iddia etdiyi faktı telefonun kamerasına çəkib. Sakit Abdullayev dərhal digər fəhlədən şikayət ərizəsi yazıb və tikinti şirkətindən onun sağlamlığına dəyən zərərin ödənilməsini istəyib. Amma bu günədək istəyinə nail ola bilməyib. Əslində isə keçmiş fəhlənin istədiyi odur ki, qüsurlarla aparılan tikinti işləri dayandırılsın.

Məsələ ilə bağlı sözügedən ünvana üz tutduq. Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində inşa edilən 4 mərtəbəli binanın tikinti işlərininin demək olar ki, bitmək üzrə olduğunun şahidi olduq. Amma bizə tikinti gedən əraziyə daxil olmağa icazə vermədilər. Tikinti şirkətinin sahibi isə Sakit Abdullayevin iddialarının əsassız olduğunu, aparılan tikinti işlərinin şəhərsalma norma və qaydalarının tələblərinə uyğun olaraq həyata keçirildiyini, bununla bağlı bütün sənədlərin düzgün olduğunu bildirdi. Həmçinin əlavə etdi ki, ehtiyac olarsa, indən belə də aidiyyatı qurumlar tikinti işlərinin necə getməsi ilə bağlı yoxlama apara bilərlər. Fəhlənin sağlamlığına dəyən zərərin ödənilməsi ilə bağlı məsələyə gəlincə isə şirkət, təzminatı dərhal ödəməyə hazır olduğunu bildirib. Amma Sakit Abdullayev ona təklif olunan məbləğlə razılaşmayıb və sahibkarı şantaj edib.

DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsindən isə bildirdilər ki, bu məsələ ilə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Şöbəsində tədqiqat araşdırmaları aparılır və bunun nəticəsi bəlli olduqdan sonra zərərçəkmişə məlumat veriləcək.