Əfqanıstanda "Reuters"in fotomüxbiri döyüşdə həlak olub


Dünya 16 İyl 2021 15:09:00 146 0

Əfqanıstanda "Reuters"in fotomüxbiri döyüşdə həlak olub

"Reuters" agentliyi ilə əməkdaşlıq edən hindistanlı fotomüxbir Daniş Siddiki Əfqanıstanın Qəndəhar əyalətində davam edən döyüşlər zamanı həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, müxbir son bir neçə gün ərzində bölgədə baş verən toqquşmaları işıqlandırıb.

D.Siddiki 2018-ci ildə Myanmadan qaçqın düşmüş Rohinca müsəlmanlarının həyatı ilə bağlı reportaja görə Pulitser mükafatına layiq görülmüşdü.