Bəhliyan kəndinin su problemi


Digərləri 16 İyl 2021 14:59:00 203 0

Bəhliyan kəndinin su problemi

Problemin yaxın zamanda tam həll olunacağı gözlənilir

Son.az Real TV-ə istinadən bildirir ki, İsmayıllının Bəhliyan kəndi gözəlliyi ilə dillərdə dastan olmağa layiq yaşayış məntəqələrindəndir. Amma bu kəndin gözəllik səbəbi olan yaşıllıqların yaxın zamanlarda məhv olma təhlükəsi də var. Səbəbi kəndin su üzünə həsrət qalmasıdır.

Sakinlər deyir ki, bu problem yeni deyil. Onlar həmişə suyu çətinliklə əldə ediblər. Amma texnikanın indiki inkişaf səviyyəsində eyni əziyyəti çəkmək istəmirlər.

Su gətirmək üçün çiyninə səhəng atıb söhbətləşə-söhbətləşə bulaq başına gedən xanımlar. Bu, bəkə də ədəbiyyat nümunələrində, filmlərdə maraqlı səhnə ola bilər. Reallıqda isə 3-4 kilometr yolu quyudan su gətirmək üçün qət etmək heç bir kəndli üçün nə maraqlıdır, nə də asan.

Kəndlinin həyətində saxladığı heyvanlar belə susuzluğa görə xəstəlik tapıb tələf olur. Elə əkinlərin aqibəti də yaxşı görünmür.

Kəndin su mənbələri arasında quyudan başqa bulaqlar da var. Amma onların da suyunu əllə daşımaq asan deyil. Çarə qalır yalnız pul verib maşınla su almağa.

İcra hakimiyyətindən sakinlərə az da olsa kömək etmək məqsədilə iki gündən bir 10 tonluq su ayrılıb. Amma sakinlər bunun da kifayət etmədiyini bildirirlər. Problemin kökündən həllinə gəlincə, Kəndin icra nümayəndəsi Murad Zalovun cavabını eşidək.

Su həyatdır. Amma insanı həyata bağlayan əsas amil ümiddir. Biz də ümid edirik. Bu problemin tezliklə həll olunacağına.