Vətən qəhrəmanlarını unutmur


Digərləri 16 İyl 2021 14:14:00 218 0

Vətən qəhrəmanlarını unutmur

Ölümün gözünə dik baxan, onun üstünə yeriyən, adlarını tarixə yazdıran oğullar. Hərəsi ayrılıqda bir qəhrəmandı. Vətən  müharibəsinin qəhrəmanlarından biri də Siyəzənin Balaca Həmyə kəndindən olan şəhid Qardaşağa Cəbiyevdir. 

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qardaşağa Cəbiyev orduda  Müddətdən artıq hərbiçi kimi xidmət göstərirdi. Vətən müharibəsi  başlayan kimi  düşünmədən ön cəbhəyə yollandı..

Qəhrəmanımız Füzuli istiqamətindən başlayaraq ətraf rayonlardakı bütün qızgın döyüşlərdə iştirak edib.Düşmənin canlı qüvvəsinin və texnikalarının məhv edilməsində onun da böyük rolu var.Valideynləri ilə danışanda hər şeyin yaxşı olacagını deyirdi..

Anası ilə telefonla danışanda ailə  qurmaq  istədiyini bildirib. Evdəkilərin nigaran qalmamasını istəyib..O ,noyabrın  əvvələrində  Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib ..Düyüşlər vaxtı şəhidlik zirvəsinə  yüksəlib.   

Şəhidin,Siyəzənin Böyük Həmyə kəndində yaşayan  ailəsi onunla  fəxr edir.  Qəhrəmanımız  "Vətən uğrunda"  medal ilə təltif olunub.