Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı


Digərləri 16 İyl 2021 13:54:00 134 0

Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Son.az-ın yerli bürosuna verilən məlumata görə, Polis Şöbəsinə rayonun Göycəli kənd sakini olan yaşlı qadının evinə bir nəfər naməlum şəxsin qanunsuz olaraq daxil olduğu, ev sahibini əlindəki balta və bıçaqla öldürəcəyini hədələyərək 10 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şirzad Heydərov saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib və bildirib ki, daxil olmazdan qabaq evi yandırmaq istəyib.