Gürcüstanda COVID19a yoluxmuş 300ə yaxın uşaq xəstəxanaya yerləşdirilib


Dünya 15 İyl 2021 18:09:00 145 0

Gürcüstanda COVID19a yoluxmuş 300ə yaxın uşaq xəstəxanaya yerləşdirilib

"Gürcüstanda koronavirus infeksiyasına yoluxan təxminən 300 uşaq kliniklara yerləşdirilib".

Son.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze "İmedi" telekanalına müsahibəsində deyib.

O, xəstəxanalarda əlavə uşaq çarpayılarının səfərbər olunacağını bildirib: "Valideynlər övladlarının virusa yoluxmaması üçün çox diqqətli olmalıdırlar. Bu gün qoruyucu maska taxmaq və sosial məsafə saxlamaq uşaqların COVID-19-dan qorunması üçün vacib vasitələr olaraq qalır".