Azərbaycana PUSQU hazırlanır?


Siyasət 15 İyl 2021 17:52:00 82 0

Azərbaycana PUSQU hazırlanır?

Prezident İlham Əliyevin ötən gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər öz zənginliyi və daha geniş auditoriyaya ünvanlanması ilə yadda qaldı. Dövlət başçısı bu çıxışı bir daha Azərbaycanın əraziləri ilə bağlı barışmaz mövqeyini nümayiş etdirdi. 44 günlük müharibədən qalib ayrılan bir dövlətin başçısı kimi Prezident İlham Əliyevin söylədiyi hər fikirdə istər Ermənistana, istərsə də havadarlarına mesajlar var idi. 

İyulun 7-də dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması ilə bağlı imzaladığı Fərman və bundan iki gün sonra (İyulun 9,10-da) Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı ümumilikdə 100-dən çox üzvünün Füzuli və Şuşaya səfər etməsindən dərhal sonra istər Qarabağda rus sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən, istərsə də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması onların hələ də Azərbaycanın ərazi bütövlüyünə, sülhə, sabitliyə təhdid olduqlarını və 44 günlük müharibədən bir nəticə çıxarmaqdıqlarını nümayiş etdirdi. Bu təxribatlarla sülh sazişindən yayındıqlarını açıq şəkildə görk edən parlament seçkilərindən yeni çıxmış, hələ də höküməti formalaşdırıb, əlin-ayağını yığa bilmədiyi bir yana, Vətən müharibəsində Azərbaycanın vurduğu zərbənin ağrı-acısını hər addımında hiss edən Ermənistan hərbi-siyasi rəhbərliyi bəs nəyə, kim(lər)ə ümid edir?

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı düşmənə bir daha xatırlatdı ki, iyulun 7-də imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonasının yaradılması ilə bütün Qarabağa aid olan rayonlar orada birləşdi. Bu isə ermənilərin Xankəndi, Xocalı, Xocavəndlə bağlı xəyallarından bir dəfəlik uzaqlaşdırılması deməkdir. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi zonası yaradıldı ki, indi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılanlar da az deyil. Lakin ermənilər hələ də qəbul etmək istəmirlər ki, Şərqi Zəngəzur da, Qərbi Zəngəzur da bizim tarixi torpağımızdır. Dövlət başçısının ötəngünkü çıxışında bu məsələ xüsusilə diqqət çəkdi: "Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var". Lakin təəssüf ki, Ermənistan II Qarabağ müharibəsindən sonra Azərbaycanın onlara toparlanmaq üçün verdiyi imkandan düzgün yararlanmaq əvəzinə yenə məkrili planlar üzərində başsındırırlar. Bu isə onların 10 noyabr bəyanatının şərtlərindən imtinası deməkdir. Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə düşmənlə onun başa düşdüyü dildə danışmaq yolu qalır.

Xankəndi, ermənilər

Prezident İlham Əliyev "Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur, Göyçə mahalı, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın tarixi, hüquqi və siyasi baxımdan tarixi ədaləti bərpa etməyə tam haqqı çatır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl" açıqlaması ilə isə tək Ermənistana yox, ona tarix boyu havadarlıq edən qüvvələrə, güc mərkəzlərinə çox ciddi mesaj vermiş oldu. Bəli, Azərbaycan Prezidenti nəyi, nə vaxt deməyi və etməyi çox gözəl bilir və o, bunu ötən gün bir daha göstərdi. Bu, Prezident İlham Əliyevin Ermənistanın üçtərəfli bəyanatın şərtlərini pozub, yenə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcəyi təqdirdə, rəsmi Bakının həmin dövrə aid bütün sənədləri açaraq öz tarixi torpaqlarının geri qaytarılması ilə bağlı əks-hücum mövqeyi ortaya qoyaraq Qarabağ məsələsinin bitdiyini qəbul etdirmək üçün strateji gedişlərindən biri hesab oluna bilər. Azərbaycan Prezidenti zaman-zaman Zəngəzur, Göyçə və İrəvana qayıtmaqdan bəhs edib, lakin ilk dəfədir ki, bunu konkret sənədə istinadən vurğulayır. Və bu, o iddiaları da artırır ki, Bakının qaçqınların qayıdışı ilə bağlı gündəminə təkcə Qarabağ yox, Zəngəzur, İrəvan və Göyçə də daxildir və istisna deyil ki, məsələ qapalı danışıqlarda masaya qoyulub. Bunun üçün rəsmi Bakının əlində çox tutarlı faktlar var. Çox yox, bu yaxınlarda elə Rusiya dövlət başçısının Ukrayna ilə yaşanan gərginliklə bağlı suallardan birinə açıqlama verərkən bildirdiyi "Bəzi xalqlar baxsınlar hansı ərazilərdə, hansı coğrafiyalarda idilər və SSRİ süquta uğrayandan sonra həmin ölkələr (Ukraynanı nəzərdə tuturdu - red) hansı coğrafiyadadır. İndi rəsmi Bakının Putinin məntiqi ilə danışsa, o zaman bizim aqrumentimiz nədir?! O zaman bizim bu məsələni bu gün qaldırmaq üçün ümumiyyətlə böyük haqqımız, səlahiyyətiniz çatır demək. Azərbaycan dövlət başçısı bir növ bu çıxışı ilə mesaj verdi ki, Rusiya prezidentinin Urayna ilə bağlı dediklərini biz Ermənistanla bağlı deyə bilərik. 

Ağdam, Şuşa və Naxçıvanın atəşə tutulması mübarizənin növbəti həlledici mərhələsinin başlamasını şərtləndirir. Qarabağda yenidən eşidilən atəş səsləri üçtərəfli bəyanatın zəmanətçisi Moskvanın əlini zəiflədir. Rusiya sülhməramlıları kontingentinin nəzarətində olan ərazilərdə erməni silahlı birləşmələrinin belə bir təxribat törətməsi kontingentin missiyasını yerinə yetirə bilmədiyi barədə məsələni qabartmaqla bərabər, Azərbaycanın bölgədə anti-terror əməliyyatını reallaşdırması üçün zamanı yetişdirir. 

Lakin bu gün Qarabağ məsələsindən son 30 ildə olduğu kimi, hazırda da öz maraqlarına görə təzyiq vasitəsi kimi istifadə edənlər var. Prezident İlham Əliyev bu görüş zamanı səsləndirdiyi "Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var" fikirlərlə artıq sona çatan "münaqişə"ni yenidən alovlandırmaq istəyən dövlətlərə, münaqişənin həll olunmadığını deyən və ya "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini (ABŞ Dövlət Departamenti, Fransanın səfiri) işlədənlərə ünvanlandı. Dövlət başçısı bir növ Ermənistanı təzyiq vasitəsi kimi istifadə edən həmin qüvvələri regionu yeni təhlükələrə sürükləməyə çağırıb. Çünki bu, yenə də Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdindən başqa bir şey deyil. 

Fransanın Ermənistandakı səfiri və Ermənistanın Baş nazirinin müavini eyni gündə eyni fikri fərqli auditoriyalarda səsləndirdilər, hər ikisi Qarabağın statusu həll edilmədən münasibətlərin normallaşmasının mümkün olmayacağını bildiriblər. Bu fakt bir daha Ermənistanın Fransa və hələlik "gözəgörünməyən" qüvvələr tərəfindən planlı və paralel şəkildə addımladığını göstərir. Azərbaycan Prezidenti Ermənistandakı və kənardakı revanşist qüvvələrin bu iddialarından əl çəkmələrini, bunun çıxış olmadığını bildirib. "Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı II Qarabağ müharibəsi ərəfəsində olduğu kimi bir daha, bəlkə də sonuncu dəfə 30 ilə yaxın dövrdə ATƏT-in Minsk Qrupunun əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi ilə müzakirə mövzusu olmuş "Dağlıq Qarabağın statusu" məsələsinin artıq gündəmdə olmadığını, konteksdən çıxdığını bildirməklə, bundan sonra o ərazilərdə bütün münasibətlərin yalnız və yalnız Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilə biləcəyi xəbərdarlığını edib, bu məsələ daha mübahisə mövzusu olmamalıdır. Çünki rəsmi Bakı hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmaq hüququ verməyib, heç ATƏT-in Minsk Qrupunun da belə bir mandatı yoxdur.

Buna baxmayaraq biz istər müharibə zamanı, istərsə də sonrakı dövrdə Fransanın birtərəfli ermənipərəst mövqeyinin şahidi olduq. Bu da Minsk Qrupunun həmsədri kimi onun mandatına zidd olmaqla yanaşı, Parisə olan etimadın da tükənməsi demək idi. Lakin Fransa BMT Təhlükəsizlik Şurasının qətnamələrini beynəxlalq ədalətin 30 ilə bərqərar edə bilmədiyi ədaləti 44 günlük müharibə ilə bərpa edən Azərbaycana qarşı qeyri-konstruktiv davranış sərgiləməkdə, regionda gərginliyi saxlamaq üçün müxtəlif məkirli addımlar atmaqda davam edir. 

Məhz belə konyuktur maraqlara xidmət etməyin, islamofob siyasətin nəticəsidir ki, Makron hakimiyyətinin reytinqi çox aşağı düşüb. Məhz elə buna görədir ki, Makron Ermənistana növbəti dəfə səfər etmək eşqinə düşüb. O, bununla regional seçkilərdə uğursuzluqdan sonra erməni diasporunun dəstəyini qazanmağa çalışır. Belə demək mümkünsə, Makron bu gün məhz bu cür qeyri-rasional, islamofob və populizmə əsaslanan siyasətinin acı nəticələrini yaşayır. 

Makronun İrəvana səfəri fonunda həmsədr ölkələrin Qarabağın dağlıq hissəsi ilə bağlı konsensus əldə etdikləri ilə bağlı məlumatlar isə təbii ki, rəsmi Bakını narahat etməyə bilməz. Lakin fakt faktlığında qalır ki, Avropa İttifaqının iki əsas dövlətindən biri olan Fransanın siyasətçiləri ciddi şəkildə ayağa dolaşmağa başlayıblar. Rəsmi Bakı üçün Fransa və Rusiyanın Qarabağ məsələsində mümkün konsensus barədə razılığa gələ bilmək ehtimalları ortaya çıxır ki, bu da bizim üçün ən arzuolunmaz ssenarilərdən biri ola bilər. 

Amma Bakı artıq dostlarını da, düşmənlərini də yaxşı tanıyır və istənilən gedişə hazırlıq mərhələsini də deyə bilərik ki, uğurla tamamladı. Azərbaycan Prezidentinin ötəngünkü açıqlamaları düşmənin və havadarlarının istənilən hiyləsinə qarşı Bakının "B" planının mövcud olduğunu və hər şeyə hazır olduğumuzu göstərdi. Dövlət başçısı Azərbaycan xalqının ərazilərinin bütövlüyü, suverenliyi, azadlığı uğrunda istənilən savaşa hazır olduğuna diqqəti çəkdi. Ən yaxşı halda Ermənistan, Rusiya və Fransa Qarabağla bağlı Azərbaycana pressinq edərlərsə, əgər Ermənistan Qarabağa iddiasından əl çəkməyəcəksə, Azərbaycan indiki Ermənistan Respublikasının ərazisində olan torpaqlarımıza iddianı ortaya qoyacaq. Təbii ki, bu yolda artıq "Şuşa Bəyannaməsi" ilə hər addımda Azərbaycanın yanında olacaq bir Türkiyəni də hesabdan silmək olmaz. Artıq ermənipərəst qüvvələr, "gizli oyunçular" yaxşı anlayırlar ki, Azərbaycana qarşı istənilən oyuna görə qarşılarında eyni zamanda Türkiyəni görəcəklər. 

Bəli, mövzu vətənsə, dünyanın şah damarını da kəsməyə hazırıq. Bu fikirlər populist səslənə bilər, amma Vətən müharibəsi və 44 gün ərzində yazılan yeni qəhrəmanlıq tariximizlə bağlı real hekayələr bu fikirlərin nə qədər həqiqəti əks etdirdiyini təsdiqləyir.

Təhməz Əsədov Son.az

“Biləbilə onu yataq xəstəsi edib ki, ölsün” like
  • 15 İyl 17:48  
Kriminal “Biləbilə onu yataq xəstəsi edib ki, ölsün”

Tanınmış aktrisa Məlahət Abbasova Xalq artisti Səfurə İbrahimovanın ö

arrow Ətraflı
Emin Ağalarov yenidən "Xose Məmmədov" oldu like
  • 15 İyl 17:42  
Şou-biznes Emin Ağalarov yenidən "Xose Məmmədov" oldu

Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında yeni paylaşım edib.

arrow Ətraflı
İyulun 16na USD/AZN rəsmi məzənnəsi like
  • 15 İyl 17:39  
Digərləri İyulun 16na USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 16-nə olan USD/AZN rəsmi məzənnəs

arrow Ətraflı
Övladı suda boğulan atanın dəhşət dolu görüntüləri like
  • 15 İyl 17:36  
Digərləri Övladı suda boğulan atanın dəhşət dolu görüntüləri

Adanada suvarma kanalında həyatını itirən 12 yaşlı suriyalı uşağın me

arrow Ətraflı
Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb like
  • 15 İyl 17:33  
Digərləri Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən T

arrow Ətraflı
Xərçəngdən əziyyət çəkən müğənni xəstəxanaya yerləşdirildi like
  • 15 İyl 17:30  
Şou-biznes Xərçəngdən əziyyət çəkən müğənni xəstəxanaya yerləşdirildi

Xərçəngdən əziyyət çəkən müğənni Şimalın səhhəti pisləşib.

arrow Ətraflı
"Beta" şirkəti ilə bağlanan müqaviləyə xitam verilə bilər like
  • 15 İyl 17:22  
Digərləri "Beta" şirkəti ilə bağlanan müqaviləyə xitam verilə bilər

Lənkəran ərazisində yerləşən Haftoni meşəliyində "Beta" şir

arrow Ətraflı
"Dediyim oldu, indi Aygün Kazımova və Röyadan sonra mənəm" like
  • 15 İyl 17:18  
Şou-biznes "Dediyim oldu, indi Aygün Kazımova və Röyadan sonra mənəm"

"Sənətə gələndə komanda şəklində çalışırdıq. Adımı dəyişi

arrow Ətraflı
Ermənistanın atəşkəsi pozmaqda məqsədi bizi cavab atəşi açmağa vadar etməkdir like
  • 15 İyl 17:17  
Siyasət Ermənistanın atəşkəsi pozmaqda məqsədi bizi cavab atəşi açmağa vadar etməkdir

Ermənistanın son günlər həm Azərbaycanla sərhəddə, həm də müvəqqət

arrow Ətraflı
Qəbələdə 77 yaşlı qadın intihar edib like
  • 15 İyl 17:12  
Digərləri Qəbələdə 77 yaşlı qadın intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Bərdə sakinlərindən narkotik götürülüb like
  • 15 İyl 17:06  
Digərləri Bərdə sakinlərindən narkotik götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əm

arrow Ətraflı
Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb like
  • 15 İyl 17:04  
Digərləri Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 733 vaksin vurulu

arrow Ətraflı
Azərbaycanda son sutkada yoluxanların sayı 200ə çatdı like
  • 15 İyl 17:02  
Digərləri Azərbaycanda son sutkada yoluxanların sayı 200ə çatdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 199 yeni yolu

arrow Ətraflı
Samsung təqdim edir  AI EcobubbleTM , intellektual paltaryuyan maşın like
  • 15 İyl 17:00  
Digərləri Samsung təqdim edir AI EcobubbleTM , intellektual paltaryuyan maşın

Geyimlərə qulluq, əsasən boş vaxtımızın çox hissəsini alır. Hər par

arrow Ətraflı
Qəzada qızını itirən atanın üsyanı: "Mən yalnız ədalət istəyirəm" like
  • 15 İyl 16:57  
Digərləri Qəzada qızını itirən atanın üsyanı: "Mən yalnız ədalət istəyirəm"

Keçən həftə İstanbulda yolu keçərkən mikroavtobusun vurması nəticəsin

arrow Ətraflı