"Beta" şirkəti ilə bağlanan müqaviləyə xitam verilə bilər


Digərləri 15 İyl 2021 17:22:00 230 0

"Beta" şirkəti ilə bağlanan müqaviləyə xitam verilə bilər

Lənkəran ərazisində yerləşən Haftoni meşəliyində "Beta" şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların qırılması faktı araşdırmalar nəticəsində təsdiqini tapıb və iş tərəfimizdən dərhal dayandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, ərazi təftiş olunub: "Qanunvericiliyə uyğun olaraq bununla bağlı yaxın günlərdə qərar veriləcək. Müqaviləyə xitam da verilə bilər".

Xidmət rəisi bildirib ki, meşələrin qırılması prosesi hər zaman olub, lakin ötən illərdə meşə qırılmaları 55 min kubmetr idisə, bu gün 10 min kubmetrə düşüb. 45 min kubmetr kəsintinin qarşısı alınıb.