Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Digərləri 15 İyl 2021 17:04:00 229 0
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 733 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 739 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 530 767, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 711 960 təşkil edir.
Mənbə: milli.az