Türkiyə göyərtəsində ukraynalılar olan gəmini saxlayıb


Dünya 15 İyl 2021 16:44:00 200 0

Türkiyə göyərtəsində ukraynalılar olan gəmini saxlayıb

Türkiyədə göyərtəsində Ukrayna vətəndaşları olan gəmi saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko açıqlayıb.

Onun sözlərinə görə, göyərtədə olan şəxslərdən 4-ü həbs olunub. Onlar narkotik qaçaqmalçılığında təqsirli bilinirlər.

İnsident iyulun 10-u İskenderun limanında baş verib. "MSC CAPUCİNE R" adlı gəmi Liberiya bayrağı altında hərəkət edib.

Məlumata əsasən, ümumilikdə gəminin göyərtəsində 25 ekipaj üzvü olub. Onlardan 24-ü ukraynalıdır. Həbs olunan şəxslər gəminin kapitanı və onun 3 köməkçisidir.

Bununla yanaşı, Ukrayna səfirliyi saxlanılan şəxsləri lazımi sənədlər, vəkil və tərcüməçi ilə təmin edib. Ekipajın digər üzvləri gəmidə qalıb və məsələ ilə bağlı şahid qismində çıxış edirlər.