Altı abituriyent mobil telefona görə qəbul imtahanından xaric edilib


Digərləri 15 İyl 2021 16:49:00 136 0

Altı abituriyent mobil telefona görə qəbul imtahanından xaric edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından altı nəfər xaric edilib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

Altı nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.