Hande Harmancı "Delta" ştammının təhlükəsindən danışdı


Digərləri 15 İyl 2021 12:11:00 146 0

Hande Harmancı "Delta" ştammının təhlükəsindən danışdı

"Artıq Azərbaycana koronavirusun "Delta" ştammı gəlib".

Son.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bu ştammın Azərbaycanda aşkarlanacağı bilinirdi: "Bu ştamm daha yoluxucudur. Buna görə daha çox insanı xəstə edə bilər. Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd vurdurmaq, ikincisi, gigiyenik qaydalara əməl etmək lazımdır".