Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türkiyənin yanındadır


Siyasət 15 İyl 2021 12:15:00 103 0

Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türkiyənin yanındadır

Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümünü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktubunda yer alıb.

Məktubda daha sonra deyilir: "Şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxmışdır. Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün "Demokratiya və Milli Birlik Günü"nün əhəmiyyətini bir daha vurğulayır.

Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur. Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

Dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir".

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının "Bir millət iki dövlət" şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Futbol matçı zamanı minlərlə insan ölümlə üzüzə qaldı like
  • 15 İyl 12:14  
Dünya Futbol matçı zamanı minlərlə insan ölümlə üzüzə qaldı

Amerikada furbol matçı zamanı qorxulu hadisə baş verib.

arrow Ətraflı
Hande Harmancı "Delta" ştammının təhlükəsindən danışdı like
  • 15 İyl 12:11  
Digərləri Hande Harmancı "Delta" ştammının təhlükəsindən danışdı

"Artıq Azərbaycana koronavirusun "Delta" ştammı gəlib".

arrow Ətraflı
Almaniyada infrastruktur iflic oldu: like
  • 15 İyl 12:09  
Digərləri Almaniyada infrastruktur iflic oldu:

Almaniyanı sel və daşqınlar bürüyüb.

arrow Ətraflı
Dastana dönən Xudayarın doğum günüdür like
  • 15 İyl 12:04  
Digərləri Dastana dönən Xudayarın doğum günüdür

Vətən Müharibəsi şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə da

arrow Ətraflı
Nadir oğlunu nişanladı like
  • 15 İyl 11:59  
Şou-biznes Nadir oğlunu nişanladı

Müğənni Nadir Qafarzadə oğlu Loğmanı nişanlayıb.

arrow Ətraflı
Azərbaycanda yeni doğulanların çoxu oğlan uşaqlarıdır like
  • 15 İyl 11:54  
Digərləri Azərbaycanda yeni doğulanların çoxu oğlan uşaqlarıdır

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər ) qeydiyyat

arrow Ətraflı
Ukrayna parlamenti Arsen Avakovun istefasını qəbul etdi like
  • 15 İyl 11:51  
Dünya Ukrayna parlamenti Arsen Avakovun istefasını qəbul etdi

Ali Rada Arsen Avakovu daxili işlər naziri vəzifəsindən azad edib.

arrow Ətraflı
Xətaidə idman zalında baxmaq üstündə düşən davanın sonu ölümlə bitib like
  • 15 İyl 11:49  
Digərləri Xətaidə idman zalında baxmaq üstündə düşən davanın sonu ölümlə bitib

2021-ci il martın 1-də paytaxtın Xətai rayonu ərazisində 1999-cu il təvə

arrow Ətraflı
MEDİA yeni ofisə köçüb like
  • 15 İyl 11:48  
Digərləri MEDİA yeni ofisə köçüb

15 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişaf

arrow Ətraflı
80 yaşlı alim "samokat"dan yıxılıb öldü like
  • 15 İyl 11:44  
Digərləri 80 yaşlı alim "samokat"dan yıxılıb öldü

Moskvada 80 yaşlı biologiya elmləri doktoru, fiziologiya sahəsində mütəx

arrow Ətraflı
Azərbaycanda ÜDMnin həcmi 39 milyard manatı ötüb like
  • 15 İyl 11:39  
Digərləri Azərbaycanda ÜDMnin həcmi 39 milyard manatı ötüb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 milyard 915,0 milyon manatl

arrow Ətraflı
İçkili vəziyyətdə olan deputat yol polisinin ölümünə səbəb oldu: like
  • 15 İyl 11:29  
Digərləri İçkili vəziyyətdə olan deputat yol polisinin ölümünə səbəb oldu:

Tobolskda (Rusiya) avtomobillə polis əməkdaşını vurub öldürən deputat s

arrow Ətraflı