Ukrayna parlamenti Arsen Avakovun istefasını qəbul etdi


Dünya 15 İyl 2021 11:51:00 267 0

Ukrayna parlamenti Arsen Avakovun istefasını qəbul etdi

Ali Rada Arsen Avakovu daxili işlər naziri vəzifəsindən azad edib.

Son.az lent.az-a istinadla bildirir ki, o, nazirliyə 7 il, 2014-cü ilin fevralayından rəhbərlik edirdi.

Avakov özü parlamentin iclasına gəlməyib. Onun yerinə isə hələ ki təyinat olmayıb. Bu məsələyə iyulun 16-da baxılacağı gözlənilir. 

Arsen Avakov vəzifəsindən istefası ilə bağlı iyulun 13-də ərizə ayzıb. 

Qeyd edək ki, Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakıda anadan olub.