Akademik Musiqili Teatra Baş rejissor təyin olundu


Kriminal 15 İyl 2021 10:41:00 56 0

Akademik Musiqili Teatra Baş rejissor təyin olundu

Azərbaycan Respublikasının mədəniyyət naziri A.Kərimovun müvafiq əmri ilə tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Baş rejissoru vəzifəsinə təyin olunub.

Bu barədə teatr kollektivinə "Zoom" vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib, eyni zamanda yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb və öz tövsiyələrini çatdırıb. O, teatrın yaradıcı heyətinin son dönəmdə pandemiya və digər səbəblərdən yaranan bütün çətinliklərə baxmayaraq, yeni-yeni layihələr üzərində daha da əzmlə işlədiyini vurğulayıb, teatrın yaradıcılıq yolunun baş rejissorun rəhbərliyi ilə uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

C.İmamverdiyev ona göstərilən etimada görə öz təşəkkürlərini bildirib: "Bu təyinat mənə olan inam və etibarın nümunəsidir, üzərimə düşən məsuliyyətimi daha da artırır. Göstərilən bu etimadı doğruldacağıma, çalışdığım kollektivlə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Burada işlədiyim son bir ildə teatr rəhbərliyinin diqqət və qayğısını bütün kollektivin üzərində hiss etmişəm. Mən də o prinsipllərə sadiq qalacağıma və başladığımız işləri müvəffəqiyyətlə başa vuracağıma inanıram. Təşəkkür edirəm".

Qeyd edək ki, İmamverdiyev Cavid Sudeyf oğlu 28 iyun 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin "Filologiya" fakultəsini, daha sonra Moskvada "Ali rejissor" kursunu bitirib. O, "Парни из Баку" ("Bakılı oğlanlar") komandasının yaradıcılarından biridir və bu sahədə uğurlu fəaliyyəti nəticəsində 1995-ci il Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu olub.

2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb, ölkəmizdə keçirilən yubiley, xatirə gecələri və konsert proqramlarına, bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən "Şərq-Qərb" Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş vermişdir.

C.İmamverdiyev eyni zamanda Mədəniyyət Nazirliyinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmiş, Kuba, Meksika (2010-cu il) və ABŞ-da (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin quruluşçu rejissoru olmuşdur. 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşaya quruluş vermiş, eyni zamanda, bu teatrda hazırlanan səhnə əsərlərində  videoinstalyasiya rejissoru kimi çalışmışdır.

Ronaldo sevgilisi ilə istirahətdə like
  • 15 İyl 10:39  
Digərləri Ronaldo sevgilisi ilə istirahətdə

Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo Avropa çempionatında

arrow Ətraflı
Bakıda parkda əxlaqsız görüntüləri yayılan qadın danışdı like
  • 15 İyl 10:37  
Digərləri Bakıda parkda əxlaqsız görüntüləri yayılan qadın danışdı

Ötən gün Bakıda parkda qadınla kişinin əxlaqsız görüntüləri yayılı

arrow Ətraflı
Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi like
  • 15 İyl 10:29  
Digərləri Ünvanlı dövlət sosial yardımının ödəniləcəyi

İyul ayının 17-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəz

arrow Ətraflı
Kəndlinin tövləsini qəsdən yandırdı like
  • 15 İyl 10:24  
Digərləri Kəndlinin tövləsini qəsdən yandırdı

Saatlı rayonunda kənd sakinin tövləsini qəsdən yandıran şəxs saxlanıl

arrow Ətraflı
Xəzər sahilindəki qanunsuz tikililər like
  • 15 İyl 10:19  
Digərləri Xəzər sahilindəki qanunsuz tikililər

Son beş ildə Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib.

arrow Ətraflı
Bakıda parkda əxlaqsız görüntüləri yayılan cütlüklə bağlı like
  • 15 İyl 10:16  
Digərləri Bakıda parkda əxlaqsız görüntüləri yayılan cütlüklə bağlı

Ötən gün Bakıda parkda qadınla kişinin əxlaqsız görüntüləri yayılı

arrow Ətraflı
300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı like
  • 15 İyl 10:14  
Digərləri 300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı

Gəncədə fəaliyyət göstərən "Şah Sarayı" şadlıq sarayı il

arrow Ətraflı
Prokuror erməni silahlı birləşmə üzvlərinə cəza istəyəcək  FOTO like
  • 15 İyl 10:11  
Digərləri Prokuror erməni silahlı birləşmə üzvlərinə cəza istəyəcək FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibar

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı açıqlandı like
  • 15 İyl 10:09  
Digərləri Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb.

arrow Ətraflı
Azərbaycan iqtisadiyyatı 2,1% böyüyüb like
  • 15 İyl 10:04  
Digərləri Azərbaycan iqtisadiyyatı 2,1% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 39 915,0 mln. manatlıq və ya əvv

arrow Ətraflı
Bakı Ali Neft Məktəbinin 3 əməkdaşı “Yüksəliş"in qalibidir like
  • 15 İyl 09:59  
Digərləri Bakı Ali Neft Məktəbinin 3 əməkdaşı “Yüksəliş"in qalibidir

Bakı Ali Neft Məktəbinin müəllimləri "Yüksəliş" müsabiqəsin

arrow Ətraflı
Dünya bazarlarında təbii qaz ucuzlaşıb like
  • 15 İyl 09:54  
Dünya Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Tanınmış müğənni ərə gedib like
  • 15 İyl 09:49  
Şou-biznes Tanınmış müğənni ərə gedib

Britaniyalı müğənni, "Spice Girls" qrupunun keçmiş solisti Emma

arrow Ətraflı
Valyuta məzənnələri like
  • 15 İyl 09:44  
Digərləri Valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələri

arrow Ətraflı
"Əxlaqsızlıq geyimimizdə deyil, başınızdadır" like
  • 15 İyl 09:39  
Şou-biznes "Əxlaqsızlıq geyimimizdə deyil, başınızdadır"

Müğənni Gülşənin müzakirələrə səbəb olan geyiminə həmkarlarından

arrow Ətraflı