Prezident İlham Əliyev: Şuşanı əliyalın azad etdik, Vətən sevgisi budur VİDEO


Siyasət 14 İyl 2021 21:18:00 77 0

Prezident İlham Əliyev: Şuşanı əliyalın azad etdik, Vətən sevgisi budur  VİDEO

Şuşanı əliyalın azad etdik,Vətən sevgisi budur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində şəhid ailəsi üzvü və qazilərlə söhbəti zamanı deyib.

Trend həmin dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Səndə də protezdir?

Qazi: Bəli:

Prezident İlham Əliyev: Harada yaralanmısan?

Qazi: Talış kəndi uğrunda gedən döyüşlərdə. Mühəndis istehkam bölüyündə xidmət edirdim.

Prezident İlham Əliyev: İndi özünü necə hiss edirsən? Normal həyata qayıtdın?

Qazi: Bəli, normal həyata qayıtmışam.

Digər qazi: Füzuli uğrunda döyüşlərdə, Qaraxanbəylidə, Aran deyilən istiqamətdə yaralanmışam. Özüm də zabit olmuşam.

Prezident İlham Əliyev: Füzulidə çox şiddətli döyüşlər gedirdi.

Qazi: Bəli. Sentyabrın 27-si günü.

Prezident İlham Əliyev: Sağ ol.

Qazilər: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sən harada vuruşmusan?

Qazi: Suqovuşanın azad olunmasında, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində.

Prezident İlham Əliyev: Suqovuşanda.

Qazi: Mən sizə minnətdaram, cənab Prezident. Allah Sizə cansağlığı versin, Ulu Öndərimizin vəsiyyətinə əməl etdiniz.

Prezident İlham Əliyev: Bəli, elədir.

Qazi: Mən həmişə demişəm, Şuşada biz ermənilərin əlini qaldırdığını görəndə, bilirdim ki, biz orada əsil Azərbaycan oğlunun əlini qaldıracağıq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Elə də oldu. Bizim igidlərimiz Şuşanı əliyalın götürdülər. Ermənilər görəndə ki, biz artıq Şuşaya yaxınlaşmışıq, panikaya düşdülər. Biz bilirdik ki, onlar nə fikirdədirlər. İnana bilmirdilər. Bir-birinə xəbər ötürürdülər, bir-birinin xəbərlərini yalanlayırdılar ki, ola bilməz. Necə keçdilər? İndi Zəfər yolunu biz çəkmişik. Demək olar ki, indi bir-iki aya asfalt da döşənəcək.

Qazi: İnşallah

Prezident İlham Əliyev: Mən adını da Zəfər yolu qoydum. Çünki əvvəllər ona xidməti yol demək istəyirdilər, çünki əsas böyük yol trasdan keçəcəkdi. Dedim, bu, Zəfər yoludur, çünki biz bu yoldan keçərək Şuşanı azad etdik. İndi oraya gedən, o yolla gedən hər kəs məəttəl qalır ki, necə oradan keçmək olar? Keçmək, özü də silahla, pulemyotla, bütün geyimlə keçmək. Özü də bir gün yox, iki gün yox, neçə gündür biz bilirik. Sonra o sıldırım qayaları dırmaşmaq... Orada ermənilərin tankları da, topları da var idi. Cəmi iki günə, iki gün yarıma Şuşanı əliyalın azad etdik. Budur, Vətən sevgisi, qəhrəmanlıq budur. Fəxr edirik sizinlə.

Qazi: Biz Sizinlə fəxr edirik, o ruhu bizə bağışladığınıza görə.

Prezident İlham Əliyev: Sağ olun.

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər like
  • 14 İyl 21:10  
Siyasət Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət re

arrow Ətraflı
İsmayıllıda “Mercedes” elektrik dirəyinə çırpılaraq yanıb like
  • 14 İyl 21:09  
Digərləri İsmayıllıda “Mercedes” elektrik dirəyinə çırpılaraq yanıb

İsmayıllı rayonunun Kəlbənd kəndində "Mercedes" markalı minik

arrow Ətraflı
Yazıçı məmur qızının ünvanına şeirlər yazdı, həbs olundu like
  • 14 İyl 20:59  
Dünya Yazıçı məmur qızının ünvanına şeirlər yazdı, həbs olundu

Bu gün - iyulun 14-də Fransa respublikanın əsas milli bayramı olan "B

arrow Ətraflı
Avropa İttifaqında yaşlı əhalinin yarıdan çoxu tam vaksinasiya edilib like
  • 14 İyl 20:54  
Dünya Avropa İttifaqında yaşlı əhalinin yarıdan çoxu tam vaksinasiya edilib

Avropa İttifaqı ölkələrində yetkinlik yaşına çatan əhalinin yarıdan

arrow Ətraflı
Hərbi çevriliş cəhdi Türkiyə xalqına qarşı yönəlmişdi like
  • 14 İyl 20:49  
Dünya Hərbi çevriliş cəhdi Türkiyə xalqına qarşı yönəlmişdi

2016-cı ildə baş vermiş hərbi çevriliş cəhdi Türkiyə xalqına qarşı

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 14 İyl 20:39  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Aylar öncə evinə gəlin gətirdi, indi toy etdi like
  • 14 İyl 20:28  
Şou-biznes Aylar öncə evinə gəlin gətirdi, indi toy etdi

Əməkdar artist Bəsti Sevdiyeva ötən gün oğlu Ayxana kişi toyu edib.

arrow Ətraflı
Flora Kərimovadan ünvanına səslənən iradlara like
  • 14 İyl 20:18  
Şou-biznes Flora Kərimovadan ünvanına səslənən iradlara

Xalq artisti Flora Kərimovanın müğənnilərin ünvanına dediyi "qazi,

arrow Ətraflı
Bakıda əcnəbinin 8 min dollarlıq saatı oğurlandı like
  • 14 İyl 20:12  
Digərləri Bakıda əcnəbinin 8 min dollarlıq saatı oğurlandı

Bakıda əcnəbinin 8 min dollar dəyərində əşyaları oğurlanıb.

arrow Ətraflı
Ahmet Kural həbs olunacaq like
  • 14 İyl 20:06  
Şou-biznes Ahmet Kural həbs olunacaq

Müğənni Sıla Gençoğlunu döydüyü üçün hakim qarşısına çıxan Ahme

arrow Ətraflı