İsmayıllıda “Mercedes” elektrik dirəyinə çırpılaraq yanıb


Digərləri 14 İyl 2021 21:09:00 161 0

İsmayıllıda “Mercedes” elektrik dirəyinə çırpılaraq yanıb

İsmayıllı rayonunun Kəlbənd kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri və yaxınlıqda olan kol-kosdan ibarət çəpər 80 p.m yanıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.