Bakıda əcnəbinin 8 min dollarlıq saatı oğurlandı


Digərləri 14 İyl 2021 20:12:00 123 0

Bakıda əcnəbinin 8 min dollarlıq saatı oğurlandı

Bakıda əcnəbinin 8 min dollar dəyərində əşyaları oğurlanıb.

Son.az ''Qafqazinfo''ya istinadən xəbər verir ki, hadisə iyulun 12-də Səbail rayonu ərazisində baş verib.

Belə ki, xarici vətəndaş polisə müraciət edərək özünə məxsus 8 min ABŞ dolları dəyərində qol saatının, mobil telefon və idman ayaqqabısının oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Həsənov saxlanılıb.

Son.az