Braziliya Prezidenti xəstəxanaya yerləşdirilib


Dünya 14 İyl 2021 19:18:00 152 0

Braziliya Prezidenti xəstəxanaya yerləşdirilib

Braziliya Prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Prezidentin ofisi məlumat yayıb.

Bildirilib ki, prezidentin xəstəxanaya getməsi onun əziyyət çəkidyi xronik hıçqırıqların səbəbinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Məlumatda qeyd olunub ki, Bolsonaro hərbi xəstəxanaya gedib və 24-48 saat müddətində nəzarət altında olacaq.

"Prezident özünü yaxşı hiss edir", - deyə məlumatda vurğulanıb.

Yerli "Globo" nəşri isə yazıb ki, bu gün səhər saatlarında Prezident Bolsonaro qarın nahiyəsində ağrılar hiss etdiyindən müayinə üçün xəstəxanaya aparılıb.