Əməliyyat olunan Roma Papası xəstəxanadan buraxılıb


Dünya 14 İyl 2021 18:42:00 135 0

Əməliyyat olunan Roma Papası xəstəxanadan buraxılıb

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

Son.az APA-ya istinadən bildirir ki, Papa Fransisk bu gün səhər müalicə olunduğu "Augustino Gemelli" xəstəxanasını tərk edib.

Qeyd edək ki, iyulun 4-də xəstəxanaya yerləşdirilən 84 yaşlı Roma Papası bağırsağından əməliyyat olunub. Bu, 2013-cü ildən bəri Papa Fransiskin keçirdiyi ən ciddi cərrahi əməliyyatdır.