Müğənninin keçmiş sevgilisi tərəf müqabili ilə sevgilidir


Şou-biznes 14 İyl 2021 19:00:00 151 0

Müğənninin keçmiş sevgilisi tərəf müqabili ilə sevgilidir

Müğənni Murad Dalkılıçın keçmiş sevgilisi Hande Erçelin tərəf müqabili Sitarə Akbaşla sevgili olduğu iddia edilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Sitarə Hande ilə birlikdə "sen çal kapımı" serialında birlikdə rol alıb. Onlar yaxın rəfiqə obrazını canlandırıblar.

Ötən günlərdə konsert verən Muradın yeni eşqə başlaması xəbərləri yayılıb. Onu izləməyə gələnlər arasında Akbaş da yer alıb. Müğənni bütün mahnılarını aktrisanın gözlərinə baxa-baxa oxuyub.

Dalkılıç və Sitarə hazırda münasibətlərini gizli yaşamaq niyyətindədir. Onlar birlikdə görüntülənməmək üçün gizli məkanlarda görüşürlər.