Bakıda genişmiqyaslı əməliyyat: “patı” və “şüşə” satan


Kriminal 14 İyl 2021 18:45:00 85 0

Bakıda genişmiqyaslı əməliyyat: “patı” və “şüşə” satan

Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında, o cümlədən, sosial şəbəkələrdə külli miqdarda psixotrop maddə olan "patı", "şüşə" adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında "şüşə", yəni metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıb. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və onlayn narkotik satışında istifadə olunan bank kartları aşkar edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Orucov saxlanılıb. Onun üzərindən və Suraxanı rayonundakı evindən 50 büküm satış üçün qablaşdırılan metamfetamin , 2 ədəd elektron tərəzi , 1 kiloqramm 430 qram heroin və xeyli sayda bank kartları aşkar edilib. Davam etdirilən əməliyyat zamanı müəyyən edilib ki, Hüseyn Orucov narkotik vasitələri Rəfail adlı şəxsdən alıb. Həmin şəxs - Abşeron rayon sakini Rəfail Zeynalov da Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Xırdalan şəhərindəki mənzilinə baxış zamanı 2 kiloqram 430 qram heroin, 350 qram tiryək, 100 büküm satış üçün qablaşdırılan metamfetamin, 2 ədəd elektron tərəzi, 1 ədəd "COLD" markalı tapança, iki ədəd həmin silaha aid sandıqça, 16 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və onlayn narkotik satışı zamanı istifadə olunan bank kartları aşkar edilib. Rəfail Zeynalov ifadəsində sosial şəbəkələr vasitəsi ilə tanış olduğu və xarici ölkələrdən birində yaşayan şəxsin vasitəçiliyi ilə narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə və Rəşid Əliyev saxlanılıblar. Bu şəxslər, əsasən, Sabunçu və Lökbatan qəsəbələrində psixotrop maddə olan metamfetamin, eləcə də, digər narkotik tərkibli maddələrin satışını həyata keçiriblər. Ceyhun Cəfərzadənin ətrafında keçirilən əməliyyat tədbiri zamanı müəyyən edilib ki, o, taksi şirkətlərindən birində qeydiyyatdan keçərək, taksi fəaliyyəti görüntüsü yaratmaqla elə idarə etdiyi avtomobildə "patı" və "şüşə"nin satışını həyata keçirib. Onun nəqliyyat vasitəsinə baxış keçirilən zaman külli miqdarda heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkar olunub. Rəşid Əliyevdən isə ümumilikdə 1 kiloqram 335 qram metamfetamin, heroin, eləcə də satışı qadağan olunan "Metadon" və "Tramadol" həbləri aşkar olunub. Rəşid Əliyev də ifadəsində Ceyhun Cəfərzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Bu əməliyyatlar zamanı Xatai Rayon Polis İdarəsi tərəfindən ümumilikdə 6 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə ənməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş Dilsuz İsmayılov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə baxış zamanı 610 qram "patı", "şüşə" adlanan metamfetamin, 90 qram heroin və 1 kiloqram 150 qram marixuana aşkar olunub. Dilsuz İsmayılov ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib.

Analoji tədbirlər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də rayonun Əmircan qəsəbəsində həyata keçirilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan 7 nəfər - Emil Qaraxanov, Mətləb Qəhrəmanov, Vaqif Hüseynov, Rəhman Qurbanov, Anar Əliyev, Səttar Fərəcov və Böyükağa Nəhmətov saxlanılıb. Onların üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 700 qramdan artıq "patı" adlanan metamfetamin aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Binə və ətraf ərazilərdə narkotiklərin satışını həyata keçirən İmran Əliyev, Həsən Əsədullayev, Ruslan Dəmirov, Rahib Quliyev və qardaşı Sərraf tutulublar. Bu şəxslərdən satmaq üçün əldə etdikləri külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Qeyd edilən əməliyyatlar nəticəsində ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Xətai, Nizami, Suraxanı və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əməliyyat olunan Roma Papası xəstəxanadan buraxılıb like
  • 14 İyl 18:42  
Dünya Əməliyyat olunan Roma Papası xəstəxanadan buraxılıb

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

arrow Ətraflı
Azərbaycan Qoşulmama Hərəkatına əlavə 1 il də sədrlik edəcək like
  • 14 İyl 18:39  
Siyasət Azərbaycan Qoşulmama Hərəkatına əlavə 1 il də sədrlik edəcək

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qoşulmama Hərəkatının aralıq

arrow Ətraflı
Arif Babayevin vəziyyəti ilə bağlı oğlundan like
  • 14 İyl 18:36  
Kriminal Arif Babayevin vəziyyəti ilə bağlı oğlundan

Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbə

arrow Ətraflı
Cabbar Musayevin oğlunun toyu oldu like
  • 14 İyl 18:30  
Şou-biznes Cabbar Musayevin oğlunun toyu oldu

Müğənni Cabbar Musayev oğlu Cavidə toy edib.

arrow Ətraflı
Qandonduran cinayət like
  • 14 İyl 18:24  
Digərləri Qandonduran cinayət

İstanbulda toxuculuq sexinin sahibi ilə restoran sahibi olan qardaşlar arası

arrow Ətraflı
Mingəçevirə qonaq gələn 3 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb like
  • 14 İyl 18:12  
Digərləri Mingəçevirə qonaq gələn 3 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb

Mingəçevirə qonaq gələn uşaq dördüncü mərtəbədən yıxılıb.

arrow Ətraflı
Tbilisi meri Bakını gəzib like
  • 14 İyl 18:06  
Siyasət Tbilisi meri Bakını gəzib

Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi

arrow Ətraflı
"Heydər Əliyev hakimiyyətinin birinci dövründə müasir tariximizin ən şanlı salnaməsini yaradıb" like
  • 14 İyl 18:03  
Siyasət "Heydər Əliyev hakimiyyətinin birinci dövründə müasir tariximizin ən şanlı salnaməsini yaradıb"

1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər se

arrow Ətraflı
Mustafaya görə cəzalandırılan restoran bu dəfə bu məşhuru gətirir like
  • 14 İyl 18:00  
Şou-biznes Mustafaya görə cəzalandırılan restoran bu dəfə bu məşhuru gətirir

Türkiyənin məşhur ifaçılarından olan Simge iyulun 17-də Bakıya gələc

arrow Ətraflı
Azərbaycanlı aktrisa siqaret çəkdiyi kadrları paylaşdı like
  • 14 İyl 17:55  
Şou-biznes Azərbaycanlı aktrisa siqaret çəkdiyi kadrları paylaşdı

Türkiyədə yaşayan azərbaycanlı aktirsa, əməkdar incəsənət xadimi Məl

arrow Ətraflı
Ayanla Nadir "Yaşaya bilirəm sənsiz" dedilər like
  • 14 İyl 17:48  
Şou-biznes Ayanla Nadir "Yaşaya bilirəm sənsiz" dedilər

Müğənni Ayan Babakişiyeva ilə Nadir Qafarzadə növbəti duetlərini təqdi

arrow Ətraflı
Azərbaycanda və Qazaxıstanda islam maliyyələşməsinin artımı like
  • 14 İyl 17:40  
Digərləri Azərbaycanda və Qazaxıstanda islam maliyyələşməsinin artımı

Sahənin ən nüfuzlu beynəlxalq jurnalı - The Banker 2020-ci ildə Qlobal mal

arrow Ətraflı
Ailəsi onu yuxuda çimizdirir və yedizdirir like
  • 14 İyl 17:36  
Digərləri Ailəsi onu yuxuda çimizdirir və yedizdirir

Hindistanın Nagaur şəhərində Purxharam adlı şəxs nadir görülən bir x

arrow Ətraflı
Şəhidin iki yaşlı qızı vəfat etdi like
  • 14 İyl 17:32  
Digərləri Şəhidin iki yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib.

arrow Ətraflı
Bakıdan Zəngəzur mesajı like
  • 14 İyl 17:29  
Siyasət Bakıdan Zəngəzur mesajı

II Qarabağ savaşı Azərbaycanın regionda və dünyadakı siyasətində müə

arrow Ətraflı