Baş nazir Tbilisi şəhərinin meri ilə görüşüb


Siyasət 14 İyl 2021 18:56:00 132 0

Baş nazir Tbilisi şəhərinin meri ilə görüşüb

İyulun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib.

Nazirlər Kabinetindən Son.az-a bildirilib ki, görüş zamanı Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.