Arif Babayevin vəziyyəti ilə bağlı oğlundan


Kriminal 14 İyl 2021 18:36:00 185 0

Arif Babayevin vəziyyəti ilə bağlı oğlundan

Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbər var.

Son.az xəbər verir ki, xalq artistinin oğlu Yaşar Babayev teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşılaşdığını deyib:

"Atam yavaş-yavaş sağalır. 2 həftəyə Azərbaycana gələcək. İnsult keçirmişdi, çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah".

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var.