Ayanla Nadir "Yaşaya bilirəm sənsiz" dedilər


Şou-biznes 14 İyl 2021 17:48:00 186 0

Ayanla Nadir "Yaşaya bilirəm sənsiz" dedilər

Müğənni Ayan Babakişiyeva ilə Nadir Qafarzadə növbəti duetlərini təqdim ediblər.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Yaşaya bilirəm sənsiz" adlı mahnıya sənətçilər klip də çəkdiriblər. Bunun üçün Nadir və Ayan Moskvaya yollanıblar.

Bəstənin musiqisi Elçin İmanov, sözləri Nuridə Atəşə məxsusdur.

Qeyd edək ki, ifaçılar bir neçə dəfə duet oxusalar da, ilk dəfədir klip çəkdirirlər.