Samuxda ata və iki oğlu bıçaqlandı


Kriminal 14 İyl 2021 17:18:00 150 0

Samuxda ata və iki oğlu bıçaqlandı

Samux rayonunda qohumlar arasında dava baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Tatlı kəndində qeydə alınıb.

Belə ki, qohumlar arasında yaranmış mübahisə zəminində 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu və onun iki oğlu - 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisəni törədən şəxs M.Səfərovun əmisi oğludur.

Faktla bağlı araşdırma aparılır.

Son.az