Bakıda 4 min dollar dəyərində yəhər oğurlandı


Digərləri 14 İyl 2021 16:40:00 121 0

Bakıda 4 min dollar dəyərində yəhər oğurlandı

"Binə Atçılıq" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) oğurluq olub.

Son.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Binə Atçılıq" MMC-yə məxsus yardımçı təsərrüfatdan 4000 ABŞ dolları dəyərində 2 ədəd yəhər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov müəyyən edilərək saxlanılıb.