İranda koronavirusa yoluxma və ölüm hallarında artım müşahidə olunur


Dünya 14 İyl 2021 16:10:00 159 0

İranda koronavirusa yoluxma və ölüm hallarında artım müşahidə olunur

İranda ötən sutka ərzində 184 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 86 391 nəfərə yüksəlib. Halbuki öncəki sutkada 166 nəfər koronavirusdan ölüb.

Ölkədə ötən sutka ərzində 23 371nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 440 400 nəfərə çatıb. Virus daşıyıcılarından 3 963 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Halbuki öncəki sutkada 22 750 nəfər koronavirusa yoluxub.

İranda indiyədək 3 069 943 nəfər koronavirusdan sağalıb, 24,7 milyondan çox diaqnoz testi həyata keçirilib.