Azərbaycan Prezidenti: Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır, biz qayıdacağıq


Siyasət 14 İyl 2021 16:00:00 83 0

Azərbaycan Prezidenti: Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır, biz qayıdacağıq

Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır, biz qayıdacağıq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. İyunun 26-da Silahlı Qüvvələr Günündə mən öz açıqlamalarımda bunu demişəm. Biz ordumuzla bağlı yeni planları həyata keçiririk. Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".

"Bu il Azərbaycan xalqı Qurban bayramını daha böyük və əvəzolunmaz qürur hissi ilə qeyd edir" like
  • 14 İyl 15:58  
Digərləri "Bu il Azərbaycan xalqı Qurban bayramını daha böyük və əvəzolunmaz qürur hissi ilə qeyd edir"

Ötən əsrin 90-ci illərində Azərbaycan Ümummilli lider Heydər Əliyevin h

arrow Ətraflı
Prezident İlham Əliyev: ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb like
  • 14 İyl 15:52  
Siyasət Prezident İlham Əliyev: ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb.

arrow Ətraflı
Prezident İlham Əliyev: Müharibə dövründə bir dənə də fərari olmamışdır like
  • 14 İyl 15:51  
Siyasət Prezident İlham Əliyev: Müharibə dövründə bir dənə də fərari olmamışdır

Müharibə dövründə bir dənə də fərari olmamışdır. Amma Ermənistan or

arrow Ətraflı
Prezident İlham Əliyev: Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik like
  • 14 İyl 15:49  
Siyasət Prezident İlham Əliyev: Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik

Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik.

arrow Ətraflı
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların like
  • 14 İyl 15:48  
Digərləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şə

arrow Ətraflı
Azərbaycan Prezidenti: Əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı, biz dayanmayacaqdıq like
  • 14 İyl 15:47  
Siyasət Azərbaycan Prezidenti: Əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı, biz dayanmayacaqdıq

Əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam et

arrow Ətraflı
Azərbaycan Prezidenti: Ən vacib göstərişlərimdən biri o idi ki, hədəfə minimum itkilərlə çataq like
  • 14 İyl 15:45  
Siyasət Azərbaycan Prezidenti: Ən vacib göstərişlərimdən biri o idi ki, hədəfə minimum itkilərlə çataq

İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirildi və

arrow Ətraflı
Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi like
  • 14 İyl 15:40  
Digərləri Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya

arrow Ətraflı
Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı like
  • 14 İyl 15:37  
Digərləri Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı

"2020-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qe

arrow Ətraflı
Vətən müharibəsində iştirak edən idmançının rütbəsi artırıldı like
  • 14 İyl 15:34  
Digərləri Vətən müharibəsində iştirak edən idmançının rütbəsi artırıldı

Vətən müharibəsində könüllü iştirak edən "Qəbələ" İdman

arrow Ətraflı
Azərbaycanda körpələr evi koronavirusa görə bağlandı like
  • 14 İyl 15:28  
Digərləri Azərbaycanda körpələr evi koronavirusa görə bağlandı

Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəali

arrow Ətraflı
Paşinyan Mehri icmasına yeni rəhbər təyin etdi like
  • 14 İyl 15:23  
Dünya Paşinyan Mehri icmasına yeni rəhbər təyin etdi

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Mehri icması

arrow Ətraflı