Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı


Digərləri 14 İyl 2021 15:37:00 156 0

Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı

"2020-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var".

Son.az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkomaniya ilə mübarizə" mövzusunda çıxışında deyib.

O bildirib ki, onlardan 618-i qadındır: "Rəsmi qeydiyyatda olanlardan 15-17 yaş arasında olanlar 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə fərq böyük deyil. Qadınların sayında da artım çox deyil. Bundan başqa, qeydiyyatda olmayanlar da var. Məncə, artım var, amma şiddətli deyil".