Britaniyanın Hind okeanındakı hərbi gəmisində koronavirusa yoluxma halları qeydə alınıb


Dünya 14 İyl 2021 15:16:00 119 0

Britaniyanın Hind okeanındakı hərbi gəmisində koronavirusa yoluxma halları qeydə alınıb

Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinin "Queen Elizabeth" aviadaşıyıcısında koronavirusa yoluxma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, aviadaşıyıcı mayın 22-də aviadaşıyıcı zərbə qrupunun tərkibində Britaniyanı tərk edərək Hind okeanında 28 həftəlik patrul səfərinə çıxıb.

Qeyd olunur ki, gəminin heyət üzvləri arasında 100-ə yaxın yoluxma qeydə alınıb. Yoluxan şəxslər gəmidə təcridə alınıb.

Hazırda "Queen Elizabeth" aviadaşıyıcısı Hind okeanında tapşırıqların icrasını davam etdirir.