Əfqanıstanda son sutkada 200ə yaxın terrorçu məhv edilib


Dünya 14 İyl 2021 15:04:00 115 0

Əfqanıstanda son sutkada 200ə yaxın terrorçu məhv edilib

Əfqanıstan hökumət qüvvələri ötən sutka ərzində təqribən 200 terrorçunu zərərsizləşdirib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 191 terrorçu zərərsizləşdirilib, 154-ü isə yaralanıb.

Son sutka ərzində hərbi əməliyyatlar Paktiya, Qilmend, Qanzi, Host, Qəndahar, Nimruz və Takar bölgələrində gedib. Bundan başqa, əfqan qüvvələr 14 əldəqayırma partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib.

Qeyd edək ki, "Taliban" hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.