Ermənilərin Şuşa ətrafında YENİ PLANI


Siyasət 14 İyl 2021 11:27:00 65 0

Ermənilərin Şuşa ətrafında YENİ PLANI

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri həm real və mövcud vəziyyətin öyrənilməsi, həm də gerçək həqiqətlərin bütün dünyaya çatdırılması baxımından postkonflikt dövründə rəsmi Bakı üçün çox önəmli hadisədir. Bu dəfə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı ümumilikdə 100-dən çox nümayəndəsi Füzuli və Şuşaya səfər etdilər. Diplomatik nümayəndələrin hər dəfə olduğu kimi budəfəki səfərləri də istər Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyinin, istərsə də onun sələflərinin faşist xislətini daha əyani şəkildə göstərmiş oldu, erməninin əsl simasını daha aydın gördülər. Diplomatların etdikləri açıqlamalardan da aydın sezilir ki, onlar da bu torpaqların erməni üçün yad olduğunun qarşılaşdıqları "mənzərə" əsasında şahidi olublar.

Görünür, bu səfər Ermənistanı və onun havadarlarını bərk qıcıqlandırıb. Ermənilər 30 il müddətində bir daşı daş üstə qoymadıqlarını, Azərbaycanın mədəniyyətini, tarixini, keçmişini əks etdirən abidələri, tikililəri ancaq dağıdıb, talan edib, oğurladıqları faktını diplomatik korpus nümayəndələrinin, beynəlxalq təşkilat nümayəndələrinin öz gözləri ilə görüb həqiqəti daha yaxşı dərk etdiklərindən narahatlıqlarını gülünc addımla büruzə verdilər. 

Ötən gün Ermənistanın başsız XİN-in bəzi xarici diplomatların Şuşaya səfərini qanunsuz adlandırması və Şuşaya səfərə getmiş xarici ölkə nümayəndələrinə görə Ermənistandakı konsulların XİN-ə çağrılaraq onlara nota verilməsi düşmənin kin, nifrətini bir daha ortaya qoydu. Erməni tərəfi növbəti dəfə həyasızlıq nümayiş etdirərək Hadrutun və Şuşanın işğal edildiyini və oraya getməyin qəbuledilməz olduğunu bildirməklə 44 günlük müharibədən sonra yaranan reallığı qəbul etmək niyyətində olmadıqlarını göstərir. Təbii ki, Ermənistan XİN-in bu addımı Paşinyanın adına yazılmalıdır.

Hazırda bütün dünya birliyi 44 günlük müharibənin nəticələrini qəbul edib və Xankəndi də daxil olmaqla bütün əraziləri Azərbaycanın tərkibində tanıyır. Avropa İttifaqının ən son bəyanatı da deyilənlərin nümunəsidir. Və ən əsası, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq.

Dalana dirənən Ermənistanın bu gülünc addımı onun gələcəyi ilə bağlı nikbin proqnozların sonu ola bilər. Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota verməsindən belə nəticə çıxır ki, rəsmi İrəvan sülh sazişini imzalamaq fikrində deyil. Çünki sülh üçün öncə Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisini tanımalıdır. Bu qərar eyni zamanda Ermənistanın hələ də Azərbaycana ərazi iddiasindan əl çəkmədiyini göstərir.

Dünən axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulması faktı Azərbaycanın həmin ərazilərdə antiterror əməliyyatlarının başlamasını zəruriləşdirir. Bu hadisə 9 iyul tarixində Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri zamanı diplomatlar arasında səfirinin yer almadığı Rusiyanın (ABŞ, Fransa - red) Azərbaycana güc nümayişi də ola bilər. Amma Azərbaycan daha 25-30 il əvvəlki Azərbaycan deyil. 30 illik işğala 44 günə son qoyan güclü orduya malik Azərbaycan bu gün regionun əsas söz sahibidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, düşmən təxribatlarını dayandırmalıdır, əks halda Dəmir yumruq yenidən işə düşə bilər. Bu, Ermənistan adlı bir dövlətin varlığının sual altına alınması ilə nəticələnə bilər. Bunu isə nə Paşinyan istəyir, nə də ermənilərdən təzyiq vasitəsi kimi istifadə edən havadarları. Anlamalıdırlar ki, belə olacağı təqdirdə regionda erməni rıçaqından tamamilə məhrum ola bilərlər. Çünki Azərbaycanda bunu bacaracaq Ordu, güc, silah və milli ruh var.

Təhməz Əsədov Son.az

Dünyaca məşhur hər kəsi heyran etdi like
  • 14 İyl 11:24  
Şou-biznes Dünyaca məşhur hər kəsi heyran etdi

Dünyaca məşhur model Kendall Cenner Las Veqasdan çəkdirdiyi fotolarla günd

arrow Ətraflı
Kəndin yarısında qaz xətti var, yarısında yoxdur like
  • 14 İyl 11:19  
Digərləri Kəndin yarısında qaz xətti var, yarısında yoxdur

Şəkinin Öyrət kəndində qaz xətti var, amma 30 evə xətt çəkilməyib. S

arrow Ətraflı
Bu rayonlarda su kəsiləcək like
  • 14 İyl 11:14  
Digərləri Bu rayonlarda su kəsiləcək

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakını

arrow Ətraflı
Şəhid Polad Həşimov və İlqar Mirzəyevin anım mərasimi keçirilir like
  • 14 İyl 11:11  
Digərləri Şəhid Polad Həşimov və İlqar Mirzəyevin anım mərasimi keçirilir

İkinci Fəxri Xiyabanda Azərbaycanın ilk şəhid generalı Polad Həşimov v

arrow Ətraflı
Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinin TƏFƏRRÜATI: like
  • 14 İyl 11:09  
Digərləri Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinin TƏFƏRRÜATI:

Şəkidə 16 yaşlı qız ərə verilib. Toy videoları yayılandan sonra polis

arrow Ətraflı
Plastik qablar şüşə ilə əvəz olunur like
  • 14 İyl 11:07  
Digərləri Plastik qablar şüşə ilə əvəz olunur

Plastik su qablarının (PET butulkalarının) da gələcəkdə şüşə ilə ə

arrow Ətraflı
Müğənnilər arasında qalmaqal: like
  • 14 İyl 11:04  
Şou-biznes Müğənnilər arasında qalmaqal:

"Rəqsanə, sözüm sənədir. Dediklərinə çox güldüm, amma təəccüb

arrow Ətraflı
Ermənistan Təhlükəsizlik Şurasının katibi XİN başçısının birinci müavini təyin edildi like
  • 14 İyl 10:59  
Dünya Ermənistan Təhlükəsizlik Şurasının katibi XİN başçısının birinci müavini təyin edildi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan xarici işlər

arrow Ətraflı
Kapital Bank bizneslə məşğul olanlara sərfəli ipoteka krediti təqdim edir like
  • 14 İyl 10:54  
Digərləri Kapital Bank bizneslə məşğul olanlara sərfəli ipoteka krediti təqdim edir

Kapital Bank bizneslə məşğul olan şəxslər üçün sərfəli şərtlərlə

arrow Ətraflı
Bakıda əməliyyat olunmağa girən kişi narkozdan öldü like
  • 14 İyl 10:49  
Digərləri Bakıda əməliyyat olunmağa girən kişi narkozdan öldü

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər X

arrow Ətraflı
Ermənistanda iki qubernator oğlu birbirinə atəş açdı, like
  • 14 İyl 10:44  
Dünya Ermənistanda iki qubernator oğlu birbirinə atəş açdı,

Ermənistanın Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki quber

arrow Ətraflı
Sevgilisini amansızcasına qətlə yetirənə inanılmaz cəza like
  • 14 İyl 10:39  
Digərləri Sevgilisini amansızcasına qətlə yetirənə inanılmaz cəza

Yekaterinburqda (Rusiya) sevgilisi Viktoriyanı qətlə yetirən 29 yaşlı Edua

arrow Ətraflı
O qədər fotoşop etdi ki, 20 yaşına qayıtdı like
  • 14 İyl 10:34  
Şou-biznes O qədər fotoşop etdi ki, 20 yaşına qayıtdı

Fotoşop deyildikdə ilk ağla gələn türkiyəli müğənnilərdən Seda Saya

arrow Ətraflı
Azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçuların məhkəməsi davam edir  FOTO like
  • 14 İyl 10:30  
Siyasət Azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçuların məhkəməsi davam edir FOTO

Bu gün Yasamal rayon Məhkəməsində birinci Qarabağ müharibəsində azərba

arrow Ətraflı
Bu gün müəllim olmaq istəyənlər imtahan verir like
  • 14 İyl 10:29  
Digərləri Bu gün müəllim olmaq istəyənlər imtahan verir

İyulun 14-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu mü

arrow Ətraflı