Ermənistan Təhlükəsizlik Şurasının katibi XİN başçısının birinci müavini təyin edildi


Dünya 14 İyl 2021 10:59:00 118 0

Ermənistan Təhlükəsizlik Şurasının katibi XİN başçısının birinci müavini təyin edildi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edilib.

Son.az APA-ya istinadən bildirir ki, bununla bağlı müvafiq qərarı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.

N. Paşinyanın digər qərarı ilə A. Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

"Hraparak" qəzetinin yazdığına görə, Tiqran Seyranyan və Tiqran Mkrtçyan da nazir müavinləri təyin oluna bilərlər.